Azedu.az

BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb

Universitetlər

25 Noyabr 2025, 11:30
BMU komandaları 50-ci ICPC müsabiqəsində uğur qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) 2 komandası “50-ci ICPC-Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsində uğur qazanıb.

AzEdu.az xəbər verir ki, müsabiqənin Azərbaycan üzrə regional mərhələsi ICPC Azərbaycan İcması, ADA Universitetinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində həyata keçirilib.

Azərbaycanın 20 ali təhsil müəssisəsindən 52 komandanın (hər biri üç tələbə və bir komanda rəhbərindən ibarət olmaqla) qatıldığı müsabiqədə, həmçinin məktəblilərdən ibarət 3 komanda iştirak edib.

Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək, bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.

Nəticələrə əsasən, 21 komanda, o cümlədən BMU-nun 2 komandası 15-17 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edib.

Tədbir çərçivəsində İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Əli Həsənov ICPC Fondu tərəfindən “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatına layiq görülüb.

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox