Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində Lənkəran Dövlət Universitetində “Lənkəran Gənclərinin Debat Forumu: Qış 2025” təşkili olunub.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən təşkil olunmuş forum 21-23 noyabr aralığında keçirilib və 3 gün davam edib. Forumun ilk iki günündə infosessiya, təlimlər keçirilib, üçüncü günündə isə şou-debat və turnirlər təşkil edilib. Debatda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Kənan Musayev, Lənkəran Gənclər Evindən Xəyyam Tahirzadə, “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin sədr müavini Ərhun Baxış, Proqram meneceri Əflatun Əliyev və LDU tələbələri iştirak ediblər.
Debat təlimi zamanı tələbələr debatın təşkili qaydaları ilə bağlı məlumatlandırılıblar.