Azedu.az

Özbəkistanlı qonaqlar BMU-nun texnoloji imkanları ilə tanış olublar

Universitetlər

20 Noyabr 2025, 15:11
Özbəkistanlı qonaqlar BMU-nun texnoloji imkanları ilə tanış olublar

Özbəkistanın Andican Dövlət Texniki İnstitutunun (ADTİ) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir. Səfər çərçivəsində qonaqlar BMU-nun kampusu, tədris-inzibati infrastrukturu, müasir laboratoriyaları və Texnoparkı ilə tanış olublar.

AzEdu.az xəbər verir ki, laboratoriyalarla tanışlıq zamanı nümayəndə heyətinə burada aparılan tədris və tədqiqat işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, laboratoriyalar müasir standartlara uyğun avadanlıqlarla təchiz olunub və tələbələrin praktiki bacarıqlarının artırılmasına geniş imkanlar yaradır. Qonaqlara, həmçinin BMU Texnoparkında startap layihələrinin inkişafı üçün mövcud şərait, tələbə və gənc tədqiqatçılara dəstək baxımından yaradılmış resurslar və infrastruktur təqdim edilib. Tələbələrin hazırladığı startaplara baxan ADTİ nümayəndələri layihələrin innovativliyini yüksək qiymətləndirib,əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Özbəkistanlı qonaqlar BMU-dakı mövcud şəraiti yüksək qiymətləndirib və elmi tədqiqat yönündə birgə əməkdaşlığın hər iki tərəf üçün fayda verəcəyini vurğulayıblar. İki universitet arasında bu ilin may ayında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunan səfər (17-24 noyabr) peşəkar təcrübə proqramının həyata keçirilməsi məqsədi daşıyır. Proqram çərçivəsində ADTİ heyəti universitetdə mühazirələr təqdim edəcək, tədris metodikası və akademik idarəetmə sahəsində mübadilə aparılacaq.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox