Azedu.az

BMU-nun "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

Universitetlər

19 Noyabr 2025, 09:23
BMU-nun "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova, Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nəsimi Kamalov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Ləman Şərifovanın açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsinin reallaşdırılması ilə bağlı AzEdu.az-a təşəkkür edib və həmin gənclərə təbrikini ünvanlanıb:

172689

“İlk növbədə bütün tələbələrimizi səmimi qəlbdən təbrik edirəm. Layihənizi alqışlayıram və düşünürəm ki, bu təşəbbüs tələbələrin inkişafında, onların sosiallaşmasında mühüm rol oynayacaq. Hər birinizə gələcək həyatınızda uğurlar arzulayıram".

Daha sonra çıxış üçün Ləman Novruzovaya söz verilib. O, “Brend tələbə”adına layiq görülən tələbələri təbrik edib:

172688

“Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq, həm böyük fəxr hissi, həm də ciddi məsuliyyət deməkdir. Bu, universitetinizin sizin təhsil dövründəki əzminizi, bacarığınızı və nailiyyətlərinizi yüksək dəyərləndirdiyinin göstəricisidir. İnanıram ki, bu etimadı gələcəkdə də doğruldacaq, uğurlarınızı daha da artıracaqsınız.

Artıq 3 ildir ki, AzEdu.az Təhsil Portalı bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Qarşıdakı məqsədimiz isə Azərbaycanın bütün universitetlərini bu təşəbbüs ətrafında birləşdirməkdir. Bu görüşə qatıldığınız üçün hər birinizə təşəkkür edir, həyatınızda yeni uğurlar arzulayıram".

Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nəsimi Kamalov layihənin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, artıq ənənə halını alan bu layihə tələbələrin akademik və sosial fəallıqlarının stimullaşdırılmasına, onların müsbət təhsil nümunələrinin cəmiyyətə təqdim olunmasına xidmət göstərir. Habelə tələbələrin bilik, bacarıq və şəxsi keyfiyyətlərinə əsaslanan belə seçimlər gəncləri məsuliyyətli olmağa, təhsil və inkişaf fəaliyyətlərinə daha həvəslə yanaşmağa təşviq edir.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Mühəndislik Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Nərmin Hacızadə- Mühəndislik fakültəsinin tələbələsi;

Mələk Bayramova- Mühəndislik fakültəsinin tələbəsi;

Əminəxatun Bakriyeva- İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbəsi;

Kənan Abbasov- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Zeynab Əliyeva- Mühəndislik fakültəsinin tələbəsi;

Əli Hüseynov- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Laləzər Həşimova- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Zəki Əliyarlı- Mühəndislik fakültəsinin tələbəsi;

Nilufər Bayramlı- Memarlıq və inşaat fakültəsinin tələbəsi;

Şəmistan Nəsibov- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox