Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDTECH” şirkətinin təşəbbüsü ilə tələbələr üçün İT biliklərinin genişləndirilməsinə həsr olunmuş infosessiya təşkil edilib.
AzEdu.az xəbər verir ki, tədbirdə “IDTECH” şirkətinin nümayəndələri Elşən Fərzəliyev və Sənan Səfərəliyev çıxış edərək şirkətin fəaliyyəti, tədris proqramları və gənclərə təqdim olunan təhsil imkanları haqqında ətraflı məlumat veriblər, sonra İT biliklərinin təkmilləşdirlimsəi ilə bağlı geniş təqdimatla çıxış ediblər.
İnfosessiyada iştirakçılara “Rəqəmsal gənclər” təqaüd proqramı haqqında ətraflı məlumat təqdim olunub, həmçinin texniki sessiyada tələbələr real praktiki biliklər qazanmaq imkanı əldə ediblər. Tədbir həmçinin gənclərlə peşəkarlar arasında qarşılıqlı tanışlıq və gələcək əməkdaşlıq üçün faydalı platforma rolunu oynayıb.