Azedu.az

Bu universitetlərə tələbə qəbulu AZALACAQ

Universitetlər

13 Noyabr 2025, 12:36
Bu universitetlərə tələbə qəbulu AZALACAQ

“Ali təhsil sistemində əsas problem kəmiyyət deyil, keyfiyyətdir”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, uzun illər ali təhsil müəssisələri daha çox tələbə cəlb etməklə maliyyə resurslarını artırmağa çalışıb. Amma bu, keyfiyyətin azalmasına gətirib çıxarıb: “İndi biz istiqaməti dəyişirik. Tələbə sayının yox, bir tələbəyə düşən xərclərin artması prioritetdir. Keyfiyyətli kadr hazırlığı üçün universitetlərin yükü azaldılacaq, amma hər bir tələbəyə daha çox investisiya qoyulacaq".

Həmçinin nazir qeyd edib ki, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər:

“Adambaşına maliyyələşmə sisteminə 2011‑ci ildə keçid edilmişdik, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın, o müəllimə maaşı üçün də olsun. Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrlar yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır. İndi bu prosesin bir az tərsini getməyə məcbur olmuşuq.

Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının gələcək illərdə azaldılması nəzərdə tutulur. Bizim üçün əsas keyfiyyətin artırılması məqsədilə. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”, - nazir qeyd edib.

Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL
Son xəbərlərDaha çox