Azedu.az

LDU-da iqtisadi mövzuda maarifləndirici seminar keçirilib

Universitetlər

7 Noyabr 2025, 17:54
LDU-da iqtisadi mövzuda maarifləndirici seminar keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il, 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na müvafiq olaraq “Qeyri- formal məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili”
mövzusunda maarifləndirici seminar keçirilib.

AzEdu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə keçirilən seminarı LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Gülbəniz Əliyeva açaraq tədbirin olduqca vacib məsələyə həsr olunduğunu bildirib. Dövlət Məşğulluq Agentliyinin Təhlil Şöbəsinin müdiri Mirsahib Eminov “Azərbaycanda məşğul əhalinin tərkibi və qeyri-formal məşğulluqla mübarizə“ mövzusunda məruzə edib. Məruzədə əhalinin qeyri-formal məşğulluq barədə məlumatlılıq səviyyəsindən, formal məşğulluğun üstünlüklərindən, qeyri-formal məşğulluğun yaratdığı problemlərdən və s. məsələlərdən söz açılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox