Azedu.az

İxtisas seçiminə dair bütün məlumatlar bu jurnalda - Nəşr tarixi açıqlandı

Universitetlər

Dövlət İmtahan Mərkəzi

Şagirdlər

6 Avqust 2025, 15:37
İxtisas seçiminə dair bütün məlumatlar bu jurnalda - Nəşr tarixi açıqlandı

İxtisas seçimində iştirak edəcək namizədlər tərəfindən “Abituriyent” jurnalının 4-cü nömrəsinin nə zaman nəşr ediləcəyi ilə bağlı kütləvi şəkildə suallar ünvanlanır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, jurnal ixtisas seçimi başlayana kimi nəşr olunacaq.

Qeyd edək ki, jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək məqsədilə ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar əks olunacaq.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox