Azedu.az

EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib

11 Sentyabr 2024, 10:40
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə Ernst&Young Azərbaycan (EY) şirkəti tərəfindən tələbələr üçün "Audit school" proqramı keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, 8 günlük proqramda 26-sı UNEC tələbəsi olmaqla, ümumilikdə 32 tələbə iştirak edib. UNEC Karyera Mərkəzində keçirilən proqram çərçivəsində tələbələrin EY şirkətinin müxtəlif departamentlərin nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara audit, yumşaq bacarıqlar və texniki bacarıqların inkişafı üzrə təlimlər, "case study"lər keçilib.

 

Proqramın sonuncu günü tələbələr EY Azərbaycan şirkətinin ofisində olublar. Təlimi uğurla bitirmiş tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox