Azedu.az

Universitetlərə keçid balı arta bilər - DİM

Universitetlər

Maraqlı

Dövlət İmtahan Mərkəzi

31 İyul 2024, 10:19
Universitetlərə keçid balı arta bilər - DİM

"Ali təhsil müəssisələrinə qəbul balı ötən illə müqayisədə arta bilər"

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Misirov Vəfadar bu gün media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

 

O bildirib ki, ötən il ilə müqayisədə bəzi qruplarda qəbul balında artım ola bilər. Gələn həftə abituriyentlər üçün kitabçalar dərc olunacaq. Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq:

 

"Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi avqustun 19-a kimi davam edəcək. Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox