Azedu.az

UNEC Avrasiya universitetləri reytinqi üzrə mükafata layiq görülüb

Universitetlər

26 Noyabr 2021, 17:29
UNEC Avrasiya universitetləri reytinqi üzrə mükafata layiq görülüb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qazaxıstanın “IAAR (Müstəqil Akkreditasiya və Reytinq Agentliyi) Avrasiya universitetləri reytinqi” sıralamasında iştirak edərək, 2021-ci il nəticələrinə əsasən, “IAAR EUR Economic University” (IAAR Avrasiya İqtisad Universiteti) mükafatına layiq görülüb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, IAAR-in əlavə təhsil təşkilatlarının institusional və proqram akkreditasiyası üzrə layihə meneceri Malika Saidulayeva mükafatların təqdim edilməsi məqsədilə UNEC-də olub.

 

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı ilə görüşən IAAR rəsmisi UNEC-in əldə etdiyi uğura görə təbriklərini çatdırıb, kubokla sertifikatı təqdim edib

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox