Azedu.az

Builki keçid balları aşağı salına bilər?-DİM cavabladı  

Universitetlər

Buraxılış imtahanları

Dövlət İmtahan Mərkəzi

Tələbələr

24 İyun 2021, 10:48
Builki keçid balları aşağı salına bilər?-DİM cavabladı  

2021-ci ildə I-IV ixtisas qrupları üzrə blok imtahanları iyul-avqust aylarında keçiriləcək. 

Abituriyent və valideynləri ən çox maraqlandıran suallardan biri bu il qəbul imtahanlarında formalaşacaq keçid balları ilə əlaqədardır.

Bəzi abituriyentlər sosial şəbəkələrdə buraxılış imtahanlarında  sualların çətinliyi səbəbindən keçid ballarının aşağı salınmasını tələb edirlər.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, keçid ballarını DİM müəyyən etmir.

Keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox