Bakı Mühəndislik Universiteti (BMU) “Biznesin idarə edilməsi” kafedrası və Sumqayıt Dövlət Universitetinin (SDU) "Biznesin təşkili və menecment” kafedrasının birgə təşkilatçılığı ilə “Biznes təhsilinin səmərəli təşkili: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçiriləcək.
AzEdu.az xəbər verir ki, aprelin 24-də saat 14:00-da keçirilməsi planlaşdırılan virtual dəyirmi masa Zoom platforması vasitəsilə baş tutacaq.
BMU-nun “Biznesin idarə edilməsi” kafedrası və BSU-nun "Biznesin təşkili və menecment” kafedrasının əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə aşağıdakı mövzularda məruzələr dinləniləcəkdir:
|
| Məruzənin mövzusu | Məruzəçi |
| 1 | “Biznes təhsilində layihə metodundan istifadə təcrübəsi” | Murad İsgəndərov (BMU) |
| 2 | “Biznes təhsilinin aktual problemləri” | Səxavət Məmmədova (SDU) |
| 3 | “Universitet-iş dünyası əməkdaşlığının inkişaf perspektivləri” | Təyyar Mustafayev (BMU) |
| 4 | “Biznes təhsilində keyfiyyətin idarə edilməsi” | İmran Əmirov (SDU) |
| 5 | “Biznes sahəsində tədris aparan akademik heyətin idarə edilməsi sahəsində problemlər və həll yolları” | Xəqani Bəşirov (BMU) |