Azedu.az

AzTU və “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq sazişi imzalandı    

Universitetlər

15 Oktyabr 2020, 11:30
AzTU və “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq sazişi imzalandı    

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Hidroservice Engineering” MMC arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Bəxtiyar Qənbərov imzalayıb.

 

AzEdu.az xəbər verir ki, sazişə əsasən universitetlə şirkət hidropnevmatik məhsulların hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Bundan başqa, tərəflər birgə innovasiya yönümlü layihələrin araşdırılması və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, yeni məhsulların və texnologiyaların işlənməsi, tələbələrin təcrübə proqramlarında iştirakı və məzunların işlə təmin olunması, şirkətin yüksək ixtisaslı kadrlarının universitetdə tədrisə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edəcək. 

 

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox