Azedu.az

"Kasıb və bilikli tələbələrimiz işlə təmin olunurlar" - Rektor Vilayət Vəliyev

Universitetlər

26 İyun 2020, 17:44

“Ən kasıb və ən bilikli tələbəmiz ilk olaraq işlə təmin olunur“.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qatıldığı canlı yayımda deyib. O, tələbələrin daha yaxşı gələcəyinin olması üçün universitet tərəfindən bir sıra işlər həyata keçirildiyini deyib.

 

 “Tələbələrimiz üçün bir çox yardımlar təşkil edirik. Onları işə götürmək proqramımız var. 20-ə yaxın tələbəmiz universitetdə işlə təmin olunub. Onlar daha çox informasiya texnologiyaları ilə bağlı sahələrə cəlb olunublar. Universitetin bütün istiqamətlərində tələbə əməyindən istifadə etməyi düşünürük. Biz hazırda belə bir meyyar üzərində işləyirik. Ən kasıb və ən bilikli tələbəmiz ilk olaraq işlə təmin olunur. Çünki bir qism tələbənin təhsil haqlarını ödəmələrində problemlər yaşanır. Bununla bağlı çox yaxın zamanda yeni proqramımız yaradılacaq”.

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox