Azedu.az

Sosial həssas qrupa aid olan tələbələrə ŞAD XƏBƏR - Müddət uzadılır

Universitetlər

Təhsil Nazirliyi

25 İyun 2020, 16:24
Sosial həssas qrupa aid olan tələbələrə ŞAD XƏBƏR - Müddət uzadılır

E-telebe.edu.az portalına müraciət tarixi iyulun 1-dək uzadılır


AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


O, vurğulayıb ki, müraciətlərin çox olması ilə əlaqədar müddət uzadılır.


Qeyd edək ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - //e-telebe.edu.az portalı istifadəyə verilib.


Həmçinin, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir.

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox