“Tibb işçiləri pandemiyaya qarşı mübarizədə aktiv iştirak etməlidirlər”.
AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O, bildirib ki, pandemiyaya qarşı mübarizədə iştirak üçün Tibb Universitetinin tələbələri də müraciət edirlər:
“Hazırda könüllülərin siyahısı hazırlanır. Nəzarət mexanizmlərinin həyata keçirilməsi üçün könüllülərin xidmətindən də istifadə edilə bilər”.