Azedu.az

UNEC-in kitab təşəbbüsünə qoşulan növbəti DEPUTAT

Universitetlər

4 Aprel 2026, 14:19
UNEC-in kitab təşəbbüsünə qoşulan növbəti DEPUTAT

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında Qarabağ Universitetinə kitab hədiyyə təşəbbüsü ilə bağlı paylaşım edib.

AzEdu.az xəbər verir ki, təşəbbüsə növbəti dəstək verən Milli Məclisin deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, universitetə 100 kitab hədiyyə edib. Rektor hörmətli Sadiq müəllimə təşəkkürünü çatdırıb.

Eyni zamanda təşəbbüsə qoşulan Səriştan Səmədov, Səməd Vəkilov, Taleh Qahramanov və Sucaddin Abdullayevə də minnətdarlıq ifadə olunub.

Rəqəmsal təşəbbüs çərçivəsində universitetdə kitab fondunun zənginləşdirilməsi və oxu mədəniyyətinin təşviqi davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl UNEC-in rektoru Ədalət Muradov “Elm Günləri” çərçivəsində çıxışı zamanı Qarabağ Universitetinə kitab hədiyyə etmək təşəbbüsünü elan edib. Rektor şəxsi kitabxanasından 500 kitab universitetə təqdim edəcəyini açıqlayıb və həmkarlarını, ziyalıları bu aksiyaya qoşulmağa dəvət edib.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox