Azedu.az

Tələbələr “RoboCode III” robotik kodlama yarışında qalib olublar

Universitetlər

2 Aprel 2026, 11:40
Tələbələr “RoboCode III” robotik kodlama yarışında qalib olublar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri gənclər arasında təşkil olunan “RoboCode III” robotik kodlama düşərgəsində uğurla iştirak edərək qaliblər sırasında yer alıblar. 

AzEdu.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, Expressbank-ın sponsorluğu ilə həyata keçirilən düşərgə çərçivəsində iştirakçı komandalar müxtəlif innovativ prototiplər hazırlayıblar. Final mərhələsinə vəsiqə qazanan 5 komandanın layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Yarışın nəticələrinə əsasən, BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri Şahnabat Rüstəmova, Rəhman Cavziyev və Mühəndislik fakültəsinin tələbələri Ülvü Mahmudov, Nəzrin Həmidovadan ibarət komandanın yerinə yetirdiyi həll III yerə layiq görülüb. 

Düşərgənin əsas məqsədi gənclərin robototexnika, avtomatlaşdırma və avtonom sistemlər sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların  “ROS” (Robot Operating System) ekosisteminə çıxışını asanlaşdırmaqdır. Bununla yanaşı, proqram çərçivəsində iştirakçıların innovativ layihələr üzərində işləməsinə dəstək göstərilməsi və bu sahədə karyera imkanlarının genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.  

Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA
Son xəbərlərDaha çox