Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) vakant vəzifələr üzrə müsabiqə elan olunur.
AzEdu.az-ın universitetdən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən universitetdə mövcud olan vakant vəzifələrin tutulması məqsədilə müsabiqə elan edilir.
Müsabiqə aşağıdakı kafedralar və vəzifələr üzrə keçirilir:
Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrası-professor: 1, dosent: 2, baş müəllim: 8
Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrası- dosent: 5, baş müəllim: 5
Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrası- dosent: 1, baş müəllim: 5
Sənayenin iqtisadiyyatı kafedrası- dosent: 3, baş müəllim: 7
Menecment kafedrası- dosent: 3, baş müəllim: 1
Neft-qaz mühəndisliyi kafedrası- dosent: 1, baş müəllim: 4
Sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrası- dosent: 2, baş müəllim: 4
Neftin, qazın nəqli və saxlanması kafedras- baş müəllim: 6
Sənaye maşınları kafedras- baş müəllim: 5
Materialşünaslıq və emal texnologiyaları kafedras- baş müəllim: 1
Mexanika kafedrası- dosent: 1, baş müəllim: 2
Geofizika kafedrası- dosent: 1
Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrası- baş müəllim: 2
Neft-qaz geologiyası kafedrası- dosent: 2, baş müəllim: 3
Ümumi və tətbiqi riyaziyyat kafedrası- dosent: 2, baş müəllim: 3
Kompüter mühəndisliyi kafedrası- dosent: 5, baş müəllim: 10
Cihaz mühəndisliyi kafedrası- dosent: 3, baş müəllim: 5
Elektronika və avtomatika kafedrası- dosent: 2, baş müəllim: 2
Elektroenergetika kafedrası- dosent: 3, baş müəllim: 2
Elektromexanika kafedrası- dosent: 4, baş müəllim: 2
Enerji istehsalı texnologiyaları kafedrası- dosent: 4, baş müəllim: 1
Fizika kafedrası- professor: 1, dosent: 5, baş müəllim: 4
Sənədlər müəyyən edilmiş qaydalara uyğun şəkildə qəbul ediləcəkdir.
Qeyd edək ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.