Azedu.az

Tramp administrasiyası Harvard Universitetini məhkəməyə verib

Universitetlər

21 Mart 2026, 10:07
Tramp administrasiyası Harvard Universitetini məhkəməyə verib

ABŞ Ədliyyə Nazirliyi Harvard Universitetinə qarşı yeni iddia qaldırıb. İddiada bildirilir ki, universitet rəhbərliyi kampusda antisemitizm problemini həll edə bilməyib və bu, mövcud qrantların dondurulması, eləcə də ali təhsil müəssisəsinə artıq ödənilmiş vəsaitlərin geri qaytarılması tələbi üçün əsas yaradır.

AzEdu.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

İddia ABŞ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən birinin rəhbərliyi ilə Prezident Donald Tramp administrasiyası arasında aylarla davam edən danışıqların dayanmasından sonra irəli sürülüb.

Kampuslarda antisemitizmin araşdırılması kimi başlayan proses sonradan genişmiqyaslı qarşıdurmaya çevrilib. Belə ki, Tramp administrasiyası Harvard üçün nəzərdə tutulan 2.6 milyard dollardan çox tədqiqat maliyyələşdirməsini kəsib, federal müqavilələrə xitam verib və universitetə xarici tələbə qəbulunu məhdudlaşdırmağa cəhd göstərib.

Harvard Universitetinə göndərilən məktubda federal işçi qrupunun araşdırmasının nəticələrinə istinad edilərək bildirilib ki, universitet yəhudi tələbə və müəllimlərə qarşı antisemit təqiblərin qarşısını almaqda yetərli tədbirlər görməyib. İşçi qrupu həmçinin xəbərdarlıq edib ki, universitet tələblərə əməl etmədiyi halda məsələ Ədliyyə Nazirliyinə təqdim olunaraq mülki hüquqlar üzrə iddia qaldırıla bilər.

Universitet isə hökumətin nəticələri ilə razılaşmadığını bildirib və qərəzliliklə mübarizə aparmağa sadiq qaldığını vurğulayıb.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox