Azedu.az

BMU tələbələrinin ənənəvi elmi-texniki konfransı keçirilib

Universitetlər

16 Mart 2026, 14:27
BMU tələbələrinin ənənəvi elmi-texniki konfransı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasında tələbələrin ənənəvi elmi-texniki konfransı təşkil olunub.

AzEdu.az xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağını artırmaq, onların araşdırma aparmaq və əldə olunan nəticələri təqdim etmək bacarıqlarını təkmilləşdirməkdir. 

Tədbirin açılışında çıxış edən kafedranın müdiri professor Ramiz Hümbətov tədris və elmi fəaliyyətin vəhdətinin ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib. Qeyd edib ki, tələbələrin elmi fəaliyyətə cəlb olunması onların tədqiqat aparmaq, elmi nəticələrini təqdim etmək bacarıqlarının formalaşmasına, texniki yaradıcılığa maraqlarının artmasına və informasiya mübadiləsinin genişlənməsinə töhfə verir. Professor vurğulayıb ki, tələbəlik illərində aparılan elmi fəaliyyət gələcəkdə peşəkar mütəxəssis və alim kimi formalaşmaq üçün zəmin yaradır. 

Mühəndislik fakültəsinin dekanı dosent Asif Quliyev çıxışında tələbə konfranslarının əhəmiyyətinə toxunaraq bildirib ki, universitetdə və kafedralarda bir çox elmi dərəcəli əməkdaşların elmi karyerası məhz tələbə konfranslarından başlayıb. O, dekanlıq tərəfindən tələbələrin elmi fəaliyyətə cəlb edilməsinə xüsusi diqqət və dəstək göstərildiyini, ildən-ilə elmi araşdırmalara qoşulan tələbələrin sayının artmasının sevindirici hal olduğunu vurğulayıb.  

Konfrans çərçivəsində iki bölmə üzrə iclaslar keçirilib. Dosent Rafael Hüseynovun sədrlik etdiyi “Elektrotexnika və energetika” bölməsində elektrik və elektronika qurğuları, avadanlıqların tətbiqi, idarəetmə və mühafizə sistemləri ilə bağlı mövzular üzrə təqdimatlar dinlənilib. Professor İslam İslamovun sədrlik etdiyi “Radiotexnika, telekommunikasiya və avtomatika” bölməsində isə radiotexnika, telekommunikasiya sistemləri və şəbəkələrində müasir texnologiyaların tətbiqi, sensor texnologiyaları, nəzarət, idarəetmə məsələlərinə dair məruzələr təqdim olunub.

İki gün davam edən konfransda ümumilkdə tələbələrin 30 məruzəsi təqdim olunub. Eyni zamanda məruzələr əfrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Moskvaya DƏHŞƏTLİ HÜCUM - Rusiya şəhərləri alova qərq oldu
Son xəbərlərDaha çox