Azedu.az

İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar

Universitetlər

14 Mart 2026, 14:08
İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsində elmi seminar keçirilib.

AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə açan dekan Vaqif Qasımov bildirib ki, belə tədbirlər aparılan elmi tədqiqatların müzakirəsi, yeni ideyaların formalaşması və tədqiqatçılar arasında əməkdaşlığın genişlənməsi üçün yeni fürsətlər yaradır. O, fakültədə xüsusilə doktorantların və gənc alimlərin elmi fəaliyyətinin təqdim olunması, həmçinin müzakirəsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bugünkü seminarın da bu məqsədə xidmət etdiyini deyib.

Sonra Riyaziyyat və kompüter elmləri kafedrasının əməkdaşı, doktorant Ramil Mirzəyev “Ehtiyatları iki mənbədən artırılan kütləvi xidmət- ehtiyatlama sistemləri” mövzusunda elmi məruzə ilə çıxış edib. O,  dissertasiya işi çərçivəsində apardığı elmi tədqiqatın əsas istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verib. Məruzə zamanı kütləvi xidmət ehtiyatlama sistemləri nəzəriyyəsinin formalaşması, inkişaf mərhələləri və ikimənbəli modeli haqqında danışılıb. Eyni zamanda ehtiyatların artırılması mexanizmləri və müştəri axınlarının idarəolunması məsələləri izah edilib. Bildirilib ki, bu istiqamətdə aparılan tədqiqatlar son onilliklərdə alimlərin diqqət mərkəzindədir və müxtəlif sahələrdə tətbiq imkanları ilə seçilir.

Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Təcili Təbrizdən ÇIXIN! - İsraildən xəbərdarlıq
Son xəbərlərDaha çox