Bu gün Azərbaycan Diplomatik Akademiyasının yaranmasının 20 ili tamam olur.
AzEdu.az-ın məlumatına görə, akademiya 2006-cı ilin mart ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ali təhsil müəssisəsi olaraq yaradılıb və Azərbaycan Diplomatik Akademiyası adı ilə fəaliyyətə başlayıb.
Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti təsis edilib.
Universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi sahələrində qlobal liderlər yetişdirməkdir. Akademiyanın əsasını qoyan rektor isə Hafiz Paşayevdir.