Azedu.az

Tehran Universiteti ətrafında güclü partlayış: dərslər dayandırılıb

Universitetlər

6 Mart 2026, 11:14
Tehran Universiteti ətrafında güclü partlayış: dərslər dayandırılıb

Ötən gün gecə saatlarında Tehran Universiteti ətrafında güclü partlayışlar baş verib.

AzEdu.az "Al Jazeera"yə istinadən xəbər verir ki, hadisə şəhərin bir neçə yaşayış məntəqəsi ilə yanaşı universitetin ərazisini də əhatə edib.

Qeyd edək ki, partlayışlar nəticəsində hələlik ölü və yaralılar barədə rəsmi açıqlama yoxdur.

Lakin universitet ətrafında təhsil fəaliyyəti müvəqqəti dayandırılıb və tələbələrin təhlükəsizliyi üçün tədbirlər görülüb.

İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi
Son xəbərlərDaha çox