Azedu.az

Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ

Universitetlər

6 Mart 2026, 10:20
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ

Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə SOCAR Upstream Management International tərəfindən həyata keçirilən “Qadınların səlahiyyətləndirilməsi” (women empowerment) proqramı çərçivəsində yalnız qız tələbələr üçün “Qadınlar mühəndislikdə” mövzusunda görüş keçirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, sessiya zamanı mühəndislik sahəsində qadınların rolu, bu sahədə qarşılaşdıqları imkan və çağırışlar, eləcə də gələcək karyera perspektivləri barədə geniş müzakirələr aparılıb.

Sessiya SOCAR Upstream-in aparıcı proses mühəndisi Nuridə Məmmədova tərəfindən aparılıb. N.Məmmədova neft-qaz sektorunda 17 illik peşəkar təcrübəsini tələbələrlə bölüşərək mühəndislik sahəsində karyera qurmaq istəyən gənc xanımlara tövsiyələr verib.

Qeyd edək ki, tədbirin əsas məqsədi xanım tələbələri ruhlandırmaq, onların özünə inamını artırmaq, karyera perspektivlərini genişləndirmək, xüsusilə texniki sahələrdə qadınların rolunu və liderliyini təşviq etmək olub. 

Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur?
Son xəbərlərDaha çox