Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə THİK sədri Əli Hüseynov çıxış edərək qadınların cəmiyyətdəki mühüm və əvəzsiz rolundan danışıb. Qeyd edib ki, qadınlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayaqlarındandır. Qadın fədakarlığı ailə institutunun möhkəmlənməsində, sağlam dəyərlərə bağlı nəslin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Onların, eyni zamanda təhsil, elm, ictimai həyat və digər sahələrdə əldə etdikləri uğurların cəmiyyətin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Çıxışda, həmçinin qadının cəmiyyətin fəal üzvü kimi daşıdığı məsuliyyətə diqqət çəkilib, onların göstərdikləri qayğı və fədakarlığın daim yüksək qiymətləndirilməli olduğu bildirilib.
Sonra universitetin bir qrup xanım tələbəsinə bayram münasibətilə qızılgüllər təqdim olunub, onlara xoş arzular çatdırılıb.
Tədbir bədii hissə ilə davam edib.