Azedu.az

LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb

Universitetlər

5 Mart 2026, 08:33
LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb

LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb.

Universitetdən AzEdu.az-a bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Lənkəran Dövlət Universitetinin 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələri-Təbiyyat fakültəsinin riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Ağazadə Elvira Elvin qızı, İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat ixtisasının III tədris ili tələbəsi Həsənova Aysel İsrail qızı, Filologiya və ibtidai təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilə tələbəsi Bağırova Rüqəyya Qabil qızı, Aqrar və mühəndislik fakültəsinin qida mühəndisliyi ixtisasının IV tədris ili tələbəsi Seyidzadə Aysel Ramiz qızı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi “Həmkarlar ittifaqı təqaüdü”nə layiq görülüblər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.LDU-nu sözügedən tədbirdə Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev təmsil edib.

Tədbirin sonunda adlı təqaüdə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.

Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi
Son xəbərlərDaha çox