Azedu.az

Qarabağ Universitetində yeni fakültə açılacaq

Universitetlər

4 Mart 2026, 16:27
Qarabağ Universitetində yeni fakültə açılacaq

“İstanbul Texniki Üniversiteti Qarabağ Universitetində fakültə açmağı planlaşdırır”.

AzEdu.az xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Universitetinin (TAU) Qida mühəndisliyi proqramının rəhbəri Ümran Uygun CBC FM-in proqramında qonaq olarkən deyib. 

O bildirib ki, bu təşəbbüsün Türkiyə–Azərbaycan Universiteti (TAU) ilə birbaşa əlaqəsi yoxdur.

Ümran Uygun qeyd edib ki, Qarabağ Universiteti ilə TAU eyni vaxtda təsis edilib. Bu baxımdan regionda ali təhsil imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlıqların artması diqqətçəkən məqamlardandır.

O vurğulayıb ki, Qarabağda yeni fakültənin açılması bölgənin təhsil potensialının gücləndirilməsinə və ixtisaslı kadr hazırlığına töhfə verəcək.

(mənbə: "Azərbaycan müəllimi")

Türkiyəyə ballistik raket atıldı - İrandan ŞOK HÜCUM!
Son xəbərlərDaha çox