Azedu.az

Universitetlərdə İT dərslərini 60 yaşından yuxarı müəllimlər də öyrədir - SORĞU

Universitetlər

4 Mart 2026, 12:17
Universitetlərdə İT dərslərini 60 yaşından yuxarı müəllimlər də öyrədir - SORĞU

Müasir dövrün tələblərinə cavab verən sahələr, xüsusən informasiya texnologiyalarını əhatə edən ixtisaslar, həm gənc, həm də bilikli müəllimlərin innovativ və effektiv yanaşmalarını tələb edir. Cəmiyyətdə bəzən bu sahənin yalnız gənc kadrlar tərəfindən öyrədilə biləcəyi düşünülür, lakin təcrübə və yeniliyin birləşməsi tədris prosesini daha zəngin və keyfiyyətli edir.

Maraqlıdır, bu ixtisas üzrə universitetlərdə dərs deyən müəllimlərin yaş aralığı necədir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Bakı Avrasiya Universitetindən (BAAU) bildirilib ki, Riyaziyyat və İKT kafedrasında informasiya texnologiyaları ixtisası üzrə dərs deyən müəllimlər, ümumilikdə kafedrada 13 müəllim fəaliyyət göstərir:

“Məlumata görə, müəllimlərin yaşı 24 ilə 60 arasında dəyişir. Ən yaşlı müəllim 60 yaş, ən gənc müəllim isə 24 yaşdır. Kollektivdə 30 yaş ətrafında olan müəllimlər üstünlük təşkil edir.

Siyahıda yer alan müəllimlərin yaş göstəriciləri aşağıdakı kimidir:

Bahar Əsgərovanın 56, Pərvanə Həsənovanın 60, Türkan Həsənovanın 31, Nigar Qədimovanın 31,Selcan Zülfüqarovanın 46, Gülnar Nəciyevanın 24, Ayaz Məmmədovun 27, Afaq Mansırlının 25, Pərviz Namazlının 26, Pərvanə Rəşidovanın 31, Əşrəf Cəfərlinin 30, Musa Bayramlının 29, Kərim Tahiroğlunun isə 48 yaşı varTop of Form”.

Sumqayıt Dövlət Universitetindən (SDU) verilən məlumata görə, İnformasiya texnologiyaları ixtisası müasir təhsil standartlarına uyğun şəkildə təşkil olunub və həm informasiya texnologiyaları, həm də kibertəhlükəsizlik istiqamətlərini əhatə edir:

İxtisas üzrə dərs deyən professor-müəllim heyətinin yaş ortalaması 40-41 arası təşkil edir. Bu göstərici müəllimlərin həm kifayət qədər akademik və pedaqoji təcrübəyə malik olduqlarını, həm də sahə üzrə yenilikləri operativ şəkildə izləmək və tədris prosesinə tətbiq etmək imkanına sahib olduqlarını göstərir”.

Lənkəran Dövlət Universitetindən (LDU) qeyd edilib ki, müvafiq ixtisas üzrə tədris prosesinə ümumilikdə 14 nəfər professor-müəllim heyəti cəlb olunub:

“Müəllimlərin yaş göstəriciləri 28 ilə 66 arasında dəyişir. Kollektiv üzrə ən gənc müəllimin yaşı 28, ən yaşlı müəllimin yaşı isə 66-dır. Professor-müəllim heyətinin orta yaş həddi 45 təşkil edir.

Qeyd olunan yaş diapazonu müxtəlif nəsilləri təmsil edən akademik heyətin mövcudluğunu göstərir. Bu isə bir tərəfdən gənc və innovativ yanaşmaların, digər tərəfdən isə uzunmüddətli elmi-pedaqoji təcrübənin və akademik ənənənin tədris prosesində uzlaşdırılmasına imkan yaradır”.

Rusiya təyyarəsi Azərbaycanda - İrandan TƏCİLİ ruslar daşınır
Son xəbərlərDaha çox