Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən XXI əsr klubu tərəfindən repressiya qurbanlarının ədəbi və mənəvi irsinə həsr olunmuş “Mikayıl Müşfiq” adlı tədbir təşkil edilib.
AzEdu.az xəbər verir ki, tədbirdə XX əsrin 30-cu illərində baş vermiş repressiya dövrü haqqında ümumi tarixi məlumatlar təqdim olunub. Çıxışlar zamanı həmin dövrün Azərbaycan ədəbiyyatına və ziyalı mühitinə təsiri xüsusi vurğulanıb, görkəmli şair Mikayıl Müşfiqin həyat yolu və yaradıcılıq xüsusiyyətlərindən ətraflı bəhs edilib.
Tədbirin bədii hissəsində tələbələr şairin şeirlərini səsləndirib, onun poeziyasından nümunələr təqdim ediblər. Repressiya qurbanlarına həsr olunmuş qısametrajlı filmin nümayişindən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda tədbirdə fəallıq göstərən tələbələr hədiyyələrlə mükafatlandırılıb.