Semestr imtahanları ali təhsil müəssisələrində tələbələrin bilik və hazırlıq səviyyəsinin qiymətləndirildiyi ən mühüm mərhələlərdən biridir.
Hər il imtahan sessiyasında yüksək nəticə göstərən, xüsusilə də topladıqları ballar hesabına ümumi orta müvəffəqiyyət göstəricilərini (ÜOMG) yüksəldən tələbələr universitet daxilində xüsusi diqqət çəkirlər. Bu göstəricilər onların həm akademik intizamını, həm də davamlı zəhmətini əks etdirir.
Bəs cari tədris ilinin semestr imtahanlarında neçə nəfər yüksək nəticə əldə edərək orta balını artırmağa nail olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilb ki, universitet üzrə müxtəlif fakültələri təmsil edən tələbələr yüksək akademik göstəriciləri ilə fərqləniblər:
Biznes və menecment fakültəsi üzrə:
Rzayeva Rəşidə Rəşid qızı- 95 bal (IV kurs);
Əsədzadə Aysən Fətəli qızı- 98.8 bal (II kurs);
Məmmədova Gültəkin Nemət qızı- 96 bal (II kurs);
İsmayılova Nübər Murad qızı- 97.2 bal (II kurs);
Səfərova Rəna İlham qızı- 95.25 bal (III kurs);
Turizm və qonaqpərvərlik fakültəsi üzrə:
İsmayılova Ayan Fərid qızı- 96.3103 bal (II kurs);
Gənciyeva Arifa Arif qızı- 97.25 bal (III kurs);
Bağısova Milena Fuad qızı- 97 bal (III kurs);
Hüseynli Fatimə Rəzim qızı- 96.3 bal (III kurs);
Hüseynova Lala Vüqar qızı- 95.4667 bal (III kurs);
Məmmədova Cəmilə Ülfət qızı- 95 bal (III kurs);
İsmayılova Mədinə Fərhad qızı- 95.7667 bal (IV kurs);
Ağayeva Hüsnüyə Sefer qızı- 96.6 bal (IV kurs);
Hüseynova Səlcan Mərdan qızı- 95.7667 bal (IV kurs);
Tağıyev Süleyman Babək oğlu- 95.9667 bal (IV kurs);
Mahmudova Mirvar İləqar qızı- 95.7 bal (IV kurs);
Məmmədova Rəvanə Zaur qızı- 99.1333 bal (IV kurs).
Qeyd edək ki, sessiyanı 95 və daha yüksək balla başa vuran tələbələr yalnız akademik göstəriciləri ilə deyil, eyni zamanda sosial fəallıqları ilə də seçilirlər. Onların arasında təşəbbüskarlıqları və təşkilatçılıq bacarıqları ilə fərqlənən, elmi konfranslarda və müxtəlif müsabiqələrdə ATMU-nu uğurla təmsil edən, könüllülük fəaliyyətlərində fəal rol alan tələbələr də var.