Semestr imtahanları ali təhsil müəssisələrində tələbələrin bilik və hazırlıq səviyyəsinin qiymətləndirildiyi ən mühüm mərhələlərdən biridir.
Hər il imtahan sessiyasında yüksək nəticə göstərən, xüsusilə də topladıqları ballar hesabına ümumi orta müvəffəqiyyət göstəricilərini (ÜOMG) yüksəldən tələbələr universitet daxilində xüsusi diqqət çəkirlər. Bu göstəricilər onların həm akademik intizamını, həm də davamlı zəhmətini əks etdirir.
Bəs cari tədris ilinin semestr imtahanlarında neçə nəfər yüksək nəticə əldə edərək orta balını artırmağa nail olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Bakı Dövlət Universitetinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildirilb ki, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bakalavriat səviyyəsində təhsil alan Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 95 və daha artıq olan tələbələrin sayı 2225 nəfər təşkil edir.