Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni zəka” mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi universitet əməkdaşlarını süni zəka alətlərinin praktiki imkanları ilə tanış etmək və peşəkar fəaliyyətdə süni zəka alətlərindən effektiv istifadəni təşviq etmək olub.
AzEdu.az xəbər verir ki, keyfiyyət təminatı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.
Təqdimatda süni zəka anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara iş proseslərinin optimallaşdırılması istiqamətində müxtəlif süni zəka alətləri, o cümlədən real keyslər təqdim olunub. Həmçinin süni zəkanın əsas prinsipləri, generativ süni zəka alətlərindən istifadə, effektiv sorğu (prompt) yazma yanaşmaları, eləcə də biznes və marketinq sahəsində tətbiqi istiqamətləri izah olunub.
İnteraktiv formatda təşkil olunan tədbirdə təlimçi Nofəl Əliyev akademik-inzibati heyət üzvlərinin mövzuya dair çoxsaylı suallarını da cavablandırıb. Təlimçi qeyd edib ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni zəka artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib.
Təlim mövzuya dair fikir mübadiləsi ilə davam edib.