UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının tədqiqatçı-dosenti Əli Xəlilov ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Vaşinqton Universitetində (WashU) 6 aylıq elmi ezamiyyədədir.
Universitetdən AzEdu.az-a bildirilib ki, Fulbright Proqramı çərçivəsində ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində tədqiqat aparan Əli Xəlilovun elmi fəaliyyəti haqqında Vaşinqton Universiteti rəsmi vebsaytında “UNEC-dən Vaşinqton Universitetinə” adlı xüsusi yazı paylaşıb. Məqalədə UNEC aliminin Fulbrayt təqaüdçüsü (Fulbright Visiting Scholar) kimi Kimya departamentində apardığı uğurlu tədqiqat fəaliyyəti və onun professor Birmanın tədqiqat qrupundakı mühüm rolundan bəs olunub.
UNEC-in tədqiqatçı dosenti Əli Xəlilov öz-özünü tamamlayan hidrogen rabitəli yeni massivlərin dizaynı və onların özünübərpa olunan “ağıllı materiallar” kimi potensialının araşdırılması layihəsi üzərində çalışır.