Azedu.az

LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı TƏDBİR

Universitetlər

21 Fevral 2026, 09:08
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı TƏDBİR

Lənkəran Dövlət Universitetinin (LDU) Filologiya və ibtidai təhsil fakültəsində 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimiz tariximizdir” mövzusunda tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yədulla Ağazadə “Azərbaycan dilinin inkişaf tarixi” mövzusunda məruzə edib. Məruzəçi bu günün keçirilməsinin tarixi barədə danışaraq bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir və insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Məruzədə qeyd edilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir və prezident İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir.

Mövzu ətrafında Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Könül Dənziyevanın ”Ümummmili lider Heydər Əliyev və Ana dilimiz” mövzusunda çıxışı dinlənilib. Çıxışda ana dilinin inkişaf mərhələlərindən bəhs edilib, müxtəlif dövrlərdə bu dildə yaradılan bədii irs barədə ətraflı danışılıb. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir". İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosenti Arif İsmayılov ana dilinin ali təhsil ocaqlarında tədrisinin keyfiyyətcə yüksəldilməsinin vacibliyindən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompoziya və video çarxla yekunlaşıb.

Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos. Elman Mirzəyev yekun çıxışında 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı fikirlərini bölüşüb, ölkə prezidenti İlham Əliyevin ana dilinin inkişafına göstərdiyi qayğıdan danışıb, tədbir iştirakçılarına minnətdarlıq bildirib.

İranla Rusiyadan ŞOK HƏMLƏ - Bakıya qarşı təxribat
Son xəbərlərDaha çox