Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru, professor Agasi Məlikovun həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında indekslənən Q1 kateqoriyalı “Methodology and Computing in Applied Probability” jurnalında dərc edilib.
AzEdu.az xəbər verir ki, “Analysis of BMAP/PH/c Retrial Queue with Threshold-Controlled Retrials and Synchronous Working Vacation” adlı məqalədə çoxkanallı təkrar müraciətli xidmət sistemi BMAP tipli qrup daxilolmalar və faza-tipli xidmət vaxtları əsasında təhlil olunub. Tədqiqat çərçivəsində həddə əsaslanan təkrarlanma mexanizmi, serverlərin sinxron işçi istirahət rejimi və müştəri səbirsizliyi kimi amillər nəzərə alınıb.
Model çoxölçülü Markov zənciri vasitəsilə qurularaq sistemin stasionar ehtimalları və əsas performans göstəriciləri müəyyən edilib. Əldə olunan nəticələr parametr dəyişikliklərinin xidmət sisteminin effektivliyinə ciddi təsir göstərdiyini ortaya qoyur.
Mühüm əhəmiyyət daşıyan elmi araşdırma ilə daha ətraflı bu link-//www.scopus.com/pages/publications/105029351029?origin=resultslist vasitəsilə tanış olmaq mümkündür.