Azedu.az

Nazirliklər, banklar, holdinqlər - universitetlər tələbələri bu şirkətlərə GÖNDƏRİR

Universitetlər

17 Fevral 2026, 14:38
Nazirliklər, banklar, holdinqlər - universitetlər tələbələri bu şirkətlərə GÖNDƏRİR

 Azərbaycanın ali təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin yaz semestri başlayıb.

Maraqlıdır, sonuncu kurs tələbələri istehsalat təcrübəsi üçün hansı müəssisələrə göndərilir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlər və akademiyalara sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, 2025-2026-cı tədris ilinin yaz semestrində UNEC-də IV kurs tələbələri üçün istehsalat təcrübəsi tədris planı və akademik təqvimə uyğun olaraq kredit yükündən asılı şəkildə mərhələli təşkil edilir.

“Belə ki, 21 kreditlik istehsalat təcrübəsi 16.02.2026 - 22.05.2026 tarixlərini, 30 kreditlik istehsalat təcrübəsi 16.02.2026–04.07.2026 tarixlərini əhatə edir. İqtisadiyyat və idarəetmə ixtisas qrupuna daxil olan və 6 kredit həcmində nəzərdə tutulan istehsalat təcrübəsi isə 04.05.2026–29.05.2026 tarixləri üzrə planlaşdırılmışdır.

Dünəndən etibarən ümumilikdə 1 255 nəfər təhsilalan təcrübə proqramlarına cəlb olunmuşdur. Onlardan bakalavr səviyyəsində əyani təhsilalma üzrə 21 kreditlik istehsalat təcrübəsinə 585, 30 kreditlik istehsalat təcrübəsinə 320 tələbə, qiyabi təhsilalma üzrə isə 21 kreditlik 18 və 30 kreditlik 18 tələbə başlamışdır. Magistratura səviyyəsində müxtəlif ixtisaslar üzrə təhsil alan ümumilikdə 314 magistrant elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə cəlb edilmişdir.

Tələbələrin istehsalat təcrübəsi universitetin geniş tərəfdaş şəbəkəsi çərçivəsində təşkil olunur və aşağıdakı institusional əməkdaşlıq istiqamətlərini əhatə edir:

Dövlət qurumları və nazirliklər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti.

Palatalar və peşəkar qurumlar: Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Respublikası Qiymətləndiricilər Palatası.

Holdinglər və sənaye müəssisələri: “AZCON Holding”, “Azera Holding”, “RAM Holding”, “Azərsun Holding”, “Avrora Group”, “Veysəloğlu” Şirkətlər Qrupu.

İstehsal və biznes şirkətləri: “ATS Food”, “Abşeron Logistika Mərkəzi”, “Baku Steel Company” MMC, “Coca-Cola Bottlers Ltd”, “Milla” Süd Zavodu, “Ulduz” Şokolad Fabriki və s.

Bank-maliyyə sektoru: “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Kapital Bank” ASC, “PASHA Bank” ASC, “Xalq Bank” ASC, “Bank Respublika” ASC, “Unibank” KB ASC, “AccessBank” QSC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Yelo Bank” ASC, “Expressbank” ASC və digər aparıcı banklar.

Eyni zamanda magistratura səviyyəsində müxtəlif ixtisaslar üzrə təhsil alan II kurs magistrantların akademik təqvimə əsasən 16.02.2026-cı il tarixindən 13.03.2026-cı il tarixinədək elmi-pedaqoji və 30.03.2026-cı il tarixindən 24.04.2026-cı il tarixinədək elmi-tədqiqat təcrübəsi təşkil olunur. Bu mərhələ magistrantların akademik fəaliyyətə hazırlanması, pedaqoji və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

UNEC olaraq məqsədimiz təcrübə prosesini yalnız formal mərhələ kimi deyil, tələbə və magistrantların peşəkar inkişafını dəstəkləyən real praktik platforma kimi təşkil etməkdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentində Elnur Hadıyev qeyd edib ki, SOCAR və onun tabeliyində fəaliyyət göstərən qurumlar, eləcə də ölkənin aparıcı sənaye və xidmət müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün istehsalat təcrübəsi imkanları təqdim edir:

“Universitetdə istehsalat təcrübəsi ixtisasdan asılı olaraq müxtəlif vaxtlarda təşkil olunur. 2026-cı il üzrə təcrübə müddətləri aşağıdakı tarixləri əhatə edir:

16 fevraldan 24 mayadək

16 fevraldan 5 iyuladək

13 apreldən 24 mayadək

4 maydan 31 mayadək

8 iyundan 5 iyuladək

Hazırkı statistikaya əsasən, universitetin əməkdaşlıq etdiyi irili-xırdalı şirkətlərin sayı 500-ə yaxındır. Tələbələr neft-qaz, kimya, energetika, metallurgiya, logistika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələr üzrə fəaliyyət göstərən aparıcı müəssisələrdə praktiki bilik və bacarıqlar əldə edirlər.

İstehsalat təcrübəsi keçirilən əsas qurumlar sırasında Balaxanı Oil, Suraxanı Oil, Coca-Cola, AQTA, Müdafiə Sənayesi Nazirliyi və onun tabeli qurumları, AzərGold, UBOC, SOCAR Upstream, SOCAR Polymer, SOCAR Downstream və onun struktur bölmələri yer alır.Bununla yanaşı, sənaye və infrastruktur sektorunda fəaliyyət göstərən Baku Steel Company, AIMC, AZCON Holding, Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları, Azercell, Azerconnect, Azertexnolayn, NORM, RAM Holdinq, Kapital Bank, CBM Engineering, Developia və Abşeron Logistika kimi müəssisələr də təcrübə bazaları sırasındadır.

Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlarını inkişaf etdirmələrinə və gələcək karyera imkanlarını genişləndirmələrinə mühüm töhfə verir”.

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi 16 fevral 2026-cı il tarixindən başlayıb:

“Tələbələrin istehsalat təcrübəsi bu müəssisələrdə təşkil olunacaq: SOCAR-ın tabeliyində olan müəssisələr, Bakı Metropoliteni, "Azərbaycan Dəmir Yolları" QSC, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Baku Steel Company, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, “Aztelekom” MMC, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Radiotezliklər İdarəsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Xəzər TV, Azad Azərbaycan TV, Azerkosmos, Delta-Telecom, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “BakuBus” MMC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Azərpoçt” MMC,  Azərenerji ASC, Azərişıq ASC, ASAN xidmət, "ASAN xidmət" mərkəzləri, Rabitəbank, Kapital Bank, Unibank, Yelo Bank k, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi (EİM),  Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində İqlim Elmi-İstehsalat Müəssisəsi, “Alov” zavodunda tələbələr təcrübə keçəcəklər”.

Dövlət Gömrük Komitəsinin Akademiyasından (DGKA) bildirilib ki, fevralın 16-dan etibarən tələbələrin istehsalat təcrübəsi başlayıb:

"Belə ki, hüquqşünaslıq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasları üzrə təcrübə müddəti 3 ay yarım davam edəcək. Tələbələr Dövlət Komitəsinin struktur bölmələri də daxil olmaqla, dövlət və özəl müəssisələrdə təcrübə keçəcəklər.

İqtisadiyyat və beynəlxalq logistika ixtisası üzrə təcrübə isə may ayından başlayacaq və təxminən 5–6 həftə davam edəcək".

Azərbaycan Universitetindən (AU) verilən məlumata görə, Azərbaycan Universitetində bakalavriat səviyyəsi üzrə sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb:

"Ümumilikdə 479 tələbə müxtəlif dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatlarında istehsalat təcrübəsinə cəlb olunublar. 16 fevral 2026-cı il tarixində başlayan istehsalat təcrübəsi Turizm işinin təşkili; Muzey, arxiv işi və abidələrin qorunması ixtisaslarında 22 may 2026-cı il tarixinədək, digər ixtisaslarda isə 19 iyun 2026-cı il tarixinədək davam edəcək.

İstehsalat təcrübəsində Humanitar və sosial elmlər fakültəsi üzrə 359, Biznes və iqtisadiyyat fakültəsi üzrə 47, İnformasiya - kommunikasiya texnologiyaları fakültəsi üzrə isə 73 tələbə iştirak edir. Təcrübə yerlərinə dövlət və yerli idarəetmə orqanları; tərcümə və dil mərkəzləri; mədəniyyət, elm və təhsil müəssisələri; reabilitasiya və psixoloji xidmət mərkəzləri, turizm xidməti göstərən müəssisələr daxildir. Tələbələr ASAN xidmət, SOCAR, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyinin Probasiya Xidməti, “Bakcell”, Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalı, “Şəms” Tərcümə Mərkəzi, “Avrasiya” Tərcümə Mərkəzi, “Oykos” İnkişaf Mərkəzi, Bakı şəhəri Səbail Bələdiyyəsi, Azərbaycan İstiqlal Muzeyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, ”Oxbridge Academy”, “Planet Travel”, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı, “Kripton Business Solutions”, “Optima Business Solutions”,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Riyaziyyat İnstitutu, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi kimi  dövlət və özəl müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər".

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, Sosial iş, Qida mühəndisliyi, Beynəlxalq münasibətlər, Turizm bələdçiliyi, Muzey, arxiv işi və abidələrin qorunması, Tərcümə ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələri 2025–2026-cı tədris ilinin yaz semestrində istehsalat təcrübəsinə başlayıblar:

“Müvafiq ixtisasların tədris planına uyğun olaraq tələbələr 14 həftəlik istehsalat təcrübəsində iştirak edəcəklər. Yaz semestri həmin ixtisaslar üçün təcrübə semestri kimi nəzərdə tutulub.

Tələbələr ixtisaslarına uyğun olaraq  AR Dövlət Turizm Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, ASAN xidmət mərkəzləri, İçərişəhər Dövlət Qoruğu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Veysəloğlu MMC,Avrora Sənaye Parkı, Milla MMC, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Atəşgah Məbədi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası,AR Gənclər və İdman Nazirliyi, Milli QHT Forumu, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Mədəniyyət Nazirliyi-nin tabeliyində fəaliyyət göstərən 12-dən çox muzey, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi kimi qurum və təşkilatlara yönləndiriliblər. İstehsalat təcrübəsi müddətində tələbələr qazandıqları nəzəri bilikləri praktik fəaliyyətlə möhkəmləndirəcək, peşəkar bacarıqlarını inkişaf etdirəcək və real iş mühitində təcrübə əldə edəcəklər.  

Turizm işinin təşkili, Menecment, Marketinq, Maliyyə, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə isə may–iyun aylarından etibarən başlanılması nəzərdə tutulub”.

Xəzər Universitetindən verilən məlumata əsaəsən, 2025-2026-cı ilin 2-ci semestri bütün ali təhsil müəssisələrində dünən başlayıb:

“Xəzər universitəsinin mühəndislik ixtisası üzrə təcrübələr, əsasən iyun ayında həyata keçiriləcək. Müəllimlik ixtisası üzrə təcrübə isə fevralın sonu, mart ayının əvvəlində başlayacaq. Xəzər universitəsinin müəllimlik ixtisası üzrə təcrübə əsasən “Dünya” məktəbində həyata keçirilir. Əsasən “Dünya” məktəbində və “Evrika” liseyində keçirilir”.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, 2025/2026-cı tədris ilinin fevral ayının 16-dan buraxılış kurs tələbələri aşağıda bir çox müəssisə və təşkilatlara istehsalat təcrübəsi keçmək üçün göndərilir:

“Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, , Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, , Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi,  AMEA-nın elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP-Azərbaycan, Azərbaycan Respublikası Ombudsman Aparat, Yerli  TV və radioları, Kütləvi informasiya vasitələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi, daxili turizm şirkətləri, AzerGold QSC, “Agro Bitki Klinikası” MMC, “Azər Maya” MMC, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Ekoturizm Assosiasiyası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasına, “Azerbaijan International Mining Company Limited” Şirkəti, “Miniso” CO MMC şirkəti, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Psychological Wellness Clinic” MMC və.s”.

ADA universitetindən bildirilib ki, rəsmi şəkildə 3-cü kurs tələbələr yaz və yay dönəmlərində istehsalat təcrübəsinə göndərilir:

"Belə ki, istehsalat təcrübəsi minimum 4 həftə, 120 saat olmalıdır. Tələbələrin ixtisaslarına uyğun olaraq dövlət və özəl müəssisələrə, şirkətlərə məlumatları göndərilir. Bundan sonra isə onlar işləməyə başlayırlar".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qeyd edilib ki, 2025–2026-cı tədris ilinin yaz semestri üzrə son tədris ili tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə bağlı müvafiq qərar qəbul edilib:

"Qərara əsasən, təcrübə müddəti 16 fevral–30 may tarixlərini əhatə edir.Müəyyən edilmiş qrafikə uyğun olaraq, tələbələr 16 fevral-24 aprel tarixləri arasında 10 həftəlik tədris (pedaqoji) təcrübəsində, 24 aprel-30 may tarixləri arasında isə 5 həftəlik istehsalat təcrübəsində iştirak edəcəklər. 

Cari tədris ilində tələbələr Bakı şəhəri və respublikanın müxtəlif regionlarında yerləşən 250-dən artıq müəssisədə pedaqoji və istehsalat fəaliyyəti həyata keçirəcəklər. Təcrübə bazaları sırasında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 9 təhsil müəssisəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 111 ümumtəhsil müəssisəsi, eləcə də “Hədəf”, “ABC”, “Kaspi”, “Evrika”, “XXI əsr”, “BSU”, “ERA” liseyləri və “Gənclik” uşaq bağçası kimi özəl təhsil müəssisələri yer alır.

Bununla yanaşı, Sosial iş ixtisası üzrə təhsil alan 61 tələbə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyi və ASAN xidmət mərkəzlərində praktik fəaliyyətə cəlb ediləcəklər".

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox