Azedu.az

BMU-da yaz semestri başlayıb

Universitetlər

16 Fevral 2026, 11:23
BMU-da yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-ci tədris ilinin yaz semestri başlayıb.

BMU-dan AzEdu.az-a bildirilib ki, universitetin Akademik təqviminə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 30 may tarixinə qədər davam etdirilməsi nəzərdə tutulub.

Yaz semestrinin imtahan sessiyasının isə 01 iyun-04 iyul tarixlərində keçirilməsi planlaşdırılır. 2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox