Azedu.az

UNEC magistrləri 20 ölkənin elmi rəhbərləri ilə tədqiqatlara başlayır

Universitetlər

13 Fevral 2026, 11:45
UNEC magistrləri 20 ölkənin elmi rəhbərləri ilə tədqiqatlara başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) magistrləri üçün xarici universitetlərdən elmi rəhbərlər təyin edilməsi təcrübəsini genişləndirir.

AzEdu.az xəbər verir ki, bununla bağlı UNEC-in rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında paylaşım edib.

Rektor qeyde edib ki, cari tədris ilində 1-ci kursa qəbul olmuş 200 magistrdən 93-ü üçün xarici elmi rəhbərlərin təyin edilməsi təsdiqlənib.Yeni elmi rəhbərlər 20 fərqli ölkənin universitetlərini təmsil edirlər.

Keçən illə müqayisədə xarici elmi rəhbərlə tədqiqat aparacaq magistrlərin sayı 38%, xarici elmi rəhbərlərin sayı 41%, elmi rəhbərlərin təmsil olunduğu xarici ölkələrin sayı isə 33% artıb.

Universitet rəhbərliyi uğurları qeyd edərək, gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi istiqamətində işlərin davam edəcəyini bildirib.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox