Azedu.az

BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında 

Universitetlər

10 Fevral 2026, 14:03
BMU Türkiyədə Milli Qida Texnologiyaları Platformasının iclasında 

Türkiyənin Hacettepe Universitetində Azərbaycan Milli Qida Texnologiyaları Platformasının VI iclası keçirilib.

BMU-dan AzEdu.az-a bildirilb ki, qida sənayesi, qida mühəndisliyi və qida texnologiyaları sahələrində universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, innovativ  elmi-tədqiqatların təşviqi və təhsil-istehsal inteqrasiyasının inkişafı məqsədilə yaradılan platformanın iclasında Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə Bakı Mühəndislik Universitetini (BMU) Qida və biotexnologiya kafedrasının müdiri, kimya elmləri doktoru Rəvan Rəhimov təmsil edib. 

Səfər çərçivəsində Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının rəhbəri prof. dr. Ali Topcu ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı qida mühəndisliyi, biotexnologiya istiqamətlərində elmi-tədqiqat və akademik əməkdaşlıq imkanları müzakirə olunub.  

Platformanın iclasında Hacettepe Universitetinin Qida mühəndisliyi proqramının strukturu, tədris prosesi, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edilib. 

İştirakçılar universitetin elmi-tədqiqat laboratoriyaları ilə də tanış olublar. Laboratoriyalarda aparılan aktual elmi tədqiqatlar, icra olunan milli,  beynəlxalq layihələr, doktorantura və dissertasiya işləri barədə ətraflı məlumatlar verilib, müasir analitik, texnoloji avadanlıqlar, innovativ elmi yanaşmalar və tədqiqat metodları nümayiş etdirilib. 

Tədbir çərçivəsində Hacettepe Universitetinin nüfuzlu alimləri-professorlar S.Aykut Aytaç, İsmail Hakkı Boyacı, Vural Gökmen,  Z.Yeşim Özbaş və Ali Topcu ilə elmi-tədqiqat sahəsində mümkün birgə layihələr, həmçinin tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyə- Azərbaycan Universitetinin təşəbbüsü ilə baş tutan səfər iki ölkənin ali təhsil ocaqları arasında qida texnologiyaları və biotexnologiya sahəsində elmi əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması, gələcək birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox