Azedu.az

BMU professorunun tədqiqatı Q1 kateqoriyalı jurnalda

Universitetlər

5 Fevral 2026, 15:05
BMU professorunun tədqiqatı Q1 kateqoriyalı jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, professor Rakib Əfəndiyevin həmmüəllif olduğu elmi məqalə nüfuzlu Scopus beynəlxalq elmi bazasında indekslənən Q1kateqoriyalı Symmetry jurnalında dərc edilib. 

AzEdu.az xəbər verir ki, Müəlliflər “Analytic Solutions and Solvability of the Polyharmonic Cauchy Problem in ℝ” adlı məqalədə çoxharmonik (polyharmonic) tənliklər üçün Koşi məsələsinin analitik həllini araşdırıb, simmetriyanın həllərin strukturu, dayanıqlığı və həllolma şərtlərinə təsirini elmi cəhətdən əsaslandırıblar. Tədqiqat çərçivəsində hiperkürəvi harmoniklər və homogen harmonik polinomlardan istifadə olunmaqla bərabər yaxınlaşan sıra həlləri qurulub, zəruri və kifayət edən həllolma meyarları müəyyən edilib

Elmi və tətbiqi baxımdan elastiklik nəzəriyyəsi, tərs məsələlər və riyazi fizika sahələri üçün mühüm əhəmiyyət daşıyan tədqiqatla daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

//www.scopus.com/pages/publications/105028513253?origin=resultslist

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox