Azedu.az

BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib

Universitetlər

31 Yanvar 2026, 15:50
BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib

Bakı Mühəndislik Universitetində (BMU) fəlsəfə doktoru proqramı üzrə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasından doktorluq imtahanı təşkil olunub. 

AzEdu.az xəbər verir ki, imtahanda komissiyanın sədri, professor Bayram İbrahimov,  BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri professor Şikar Qasımov çıxış ediblər.

İmtahan qaydaları ilə tanışlıqdan sonra sualların cavablandırılması prosesi başlayıb.

Verilən müddətdə sualları müvəffəqiyyətlə cavablandıran dissertant və doktorantlar məqbul qiymətləndirilib.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox