Azedu.az

BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

Universitetlər

29 Yanvar 2026, 16:02
BMU alimlərinin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Yusif Abdullayev və Qida və biotexnologiya kafedrasının müdiri, dosent Rəvan Rəhimovun həmmüəllif olduğu elmi məqalə yüksək impakt faktorlu FUEL jurnalında dərc edilib. Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnal Scopus beynəlxalq elmi bazasında indekslənib.

AzEdu.az xəbər verir ki, müəlliflər “N-Octylaminopropan-2-ol surfactant for crude-oil asphaltene dispersion: Integrated experimental and modeling insights” adlı məqalədə xam neftdə asfaltenlərin dispersiyasının yaxşılaşdırılması istiqamətində səthi-aktiv maddənin təsirini eksperimental və modelləşdirmə üsulları
əsasında araşdırıb.

Neft-kimya və enerji sahəsində elmi və praktiki baxımdan mühüm əhəmiyyət daşıyan tədqiqatla daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

//www.scopus.com/pages/publications/105011156058?origin=resultslist

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox