Azedu.az

UNEC Qafqazda yenə 1-ci oldu

Universitetlər

28 Yanvar 2026, 15:13
UNEC Qafqazda yenə 1-ci oldu

Times Higher Education World University Rankings by Subject 2026-nın ardınca bu gün “QS World University Rankings (WUR): Europe 2026” açıqlanıb.

AzEdu.az xəbər verir ki, keçən illə müqayisədə bu reytinqdə iştirakçı universitetlərin sayı 291 artaraq 958-ə çatıb. QS Europe 2026-da Azərbaycandan 6-sı ilk dəfə olmaqla 15 universitet qiymətləndirilib.

UNEC bu reytinqdə də Azərbaycanda və Cənubi Qafqazda 1-cidir. Eləcə də, öz mövqeyini yaxşılaşdıraraq UNEC Avropanın TOP 300 universitetləri sırasına daxil olmaqla Avropada 271-ci yerə, Qərbi Asiyada isə 12-ci yerə yüksəlib.

Reytinq 19,8 milyon elmi nəşr, 200 milyon elmi nəşrə edilmiş istinadlar, 1,5 milyon Akademik səsvermə (reputasiya), 520 min İşəgötürənlər səsverməsi (reputasiya) əsasında tərtib edilib. İşəgötürənlər Reputasiyası üzrə UNEC Avropada ilk yüzlükdədir. Məzunların Məşğulluğu göstəricisi üzrə UNEC Avropanın median göstəricisini 3 dəfə üstələyir.

176704

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox