Azedu.az

Türkiyəli müəllim və şagird heyəti BMU-da olub

Universitetlər

23 Yanvar 2026, 15:47
Türkiyəli müəllim və şagird heyəti BMU-da olub

Türkiyənin Antalya Altın Kanadlar Havacılık Liseyinin (AHL) 29 nəfərdən ibarət müəllim-şagird heyəti Azərbaycana səfərləri çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) olub. 

AzEdu.az xəbər verir ki, Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq üzrə gerçəkləşən ziyarət zamanı türkiyəli müəllim və şagirdlər BMU-nun tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olublar. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və Texnoparkını gəzib,  burada yaradılmış şərait barədə ətraflı məlumat alıb.

Türkiyəli qonaqlar tələbələrin innovativ layihələri və startapları ilə yaxından maraqlanıb, onların mühəndislik sahəsində əldə etdikləri praktiki nailiyyətləri yüksək qiymətləndiriblər. Eyni zamanda BMU-nun mühəndislik potensialı, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün yaradılan imkanlar müsbət dəyərləndirilib və birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən ilin əvvəlində AHL-in 50 nəfərlik daha bir heyəti BMU-nu ziyarət edib, universitetin tədris proqramları, texnoloji imkanları ilə tanış olub. Ənənəvi xarakter alan belə səfərlər təhsil müəssisələri arasında qarşılıqlı tanışlıq və təcrübə mübadiləsinin artırılmasına xidmət edir. 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox