Azedu.az

Tələbələrə soyuqda dərs keçirlər? - iddialara CAVAB

Universitetlər

21 Yanvar 2026, 16:12
Tələbələrə soyuqda dərs keçirlər? - iddialara CAVAB

Sosial şəbəkələrdə Bakı Avrasiya Universitetində (BAAU) təhsil alan bir tələbə tərəfindən universitetin istilik təchizatı ilə bağlı narazılıq ifadə olunub.Sözügedən müraciətdə qış mövsümündə tədris mühitində istilik təminatının qənaətbəxş olmadığı iddia edilir. 

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlə əlaqə saxlayıb.

BAAU-nun Rektorun ictimaiyyətlə əlaqələr üzrə müşaviri  Şəfahət Avılbəyli qeyd edib ki, Bakı Avrasiya Universitetində qış mövsümü ilə əlaqədar istiliklə təminat məsələsi ilə bağli iddiaların heç bir əsası yoxdur:

"Universitetin tədris korpusları, inzibati binaları və auditoriyaları mövsümi tələblərə uyğun şəkildə istiliklə yüksək səviyyədə təmin olunub.Tədris prosesinin fasiləsiz və komfortlu şəraitdə həyata keçirilməsi məqsədilə istilik sistemlərinin fəaliyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır, zəruri texniki baxış və tənzimləmələr aparılır.

Mövcud hava şəraitinə uyğun olaraq istilik rejimi operativ şəkildə tənzimlənir və istilik dərəcəsinə qədər artırılıb",-deyə bildirib.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox