Azedu.az

Məzunları işlə ən çox təmin olunan ali məktəblər

Universitetlər

21 Yanvar 2026, 13:49
Məzunları işlə ən çox təmin olunan ali məktəblər

Bakı Mühəndislik Universiteti (BMU) məzunlarının işlə təmin olunmasına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Son 5 ildə Azərbaycan universitetləri üzrə məzunların işsizlik səviyyəsinə dair statistika”ya əsasən, BMU məzunları ən çox işlə təmin olunan ali təhsil ocaqları arasında dördüncü yerdə qərarlaşıb. 

AzEdu.az xəbər verir ki, rəsmi statistikaya uyğun olaraq BMU məzunlarının 64,5 faizə yaxını işlə təmin olunub ki, bu da universitetin praktik yönümlü təhsil strategiyası, sənaye və biznes strukturları ilə qurduğu sistemli əməkdaşlıq, tələbələrin istehsalat təcrübələrinin genişləndirilməsi, karyera planlaşdırılması, onların müasir bilik və bacarıqlarla təmin edilməsi ilə birbaşa bağlıdır. Universitetin mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat və digər istiqamətlər üzrə hazırladığı ixtisaslı kadrlar həm dövlət, həm də özəl sektorda qısa müddət ərzində əmək fəaliyyətinə başlayırlar.

Onu da vurğulamaq lazımdır ki, universitetin Çin Xalq Respublikası və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları tələbələrə beynəlxalq təhsil mühiti, qlobal rəqabətə uyğun bilik və xarici ölkələrdə təcrübə imkanları yaradır. Bu proqramlar BMU məzunlarının həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artırır. Hazırda universitetin məzunları dünyanın bir çox ölkəsində (ABŞ, Kanada, Polşa, Rusiya, Almaniya, Avstraliya, Sudan, Çexiya, Danimarka, Fransa, İngiltərə, İsveç, İtaliya, Meksika, Qazaxıstan, Yaponiya, Türkiyə və s.) çalışırlar. 

 

Bundan başqa, BMU son illər QS beynəlxalq reytinqində mövqelərini yaxşılaşdıraraq irəliləyiş nümayiş etdirib. Bu irəliləyiş tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi ilə əlaqədardır.

BMU qarşıdakı dövrdə də təhsilin keyfiyyətinin artırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, məzunların məşğulluq imkanlarının daha da yüksəldilməsi və qlobal ali təhsil məkanında mövqelərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan statistikaya istinad ilə ölkə üzrə universitetlərin məzunlarının neçə faizinin işlə təmin olunduğunu təqdim edirik:

1. Bakı Ali Neft Məktəbi– 75,1 %

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 66,6 %

3. Azərbaycan Memarlıq və İnşaat Universiteti – 65,2 %

4. Bakı Mühəndislik Universiteti – 64,5 %

5. Milli Aviasiya Akademiyası – 63,9 %

6. Dövlət İdarəçilik Akademiyası – 63,8 %

7. Azərbaycan Turizm və Menecment Universiteti – 62,9 %

8. ADA Universiteti – 62,7 %

9. Bakı Biznes Universiteti – 59,8 %

10. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 56,6 %

11. Xəzər Universiteti – 56 %

12. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 55,9 %

13. Qərbi Kaspi Universiteti – 55,7 %

14. Lənkəran Dövlət Universiteti – 55,3 %

15. Bakı Avrasiya Universiteti – 54 %

16. Azərbaycan Texniki Universiteti – 53,2 %

17. ADPU Quba filialı – 53,1 %

18. Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas) – 53 %

19. Azərbaycan Universiteti – 52,9 %

20. Azərbaycan Kooperasiya Universiteti – 52,7 %

21. Azərbaycan Texnologiya Universiteti – 51,3 %

22. Sumqayıt Dövlət Universiteti – 50,5 %

23. İdman Akademiyası – 49,3 %

24. Naxçıvan Dövlət Universiteti – 52,1 %

25. Azərbaycan Dövlət Aqrar Universiteti – 47,9 %

26. ADPU Şamaxı filialı – 45,2 %

27. Bakı Dövlət Universiteti – 43,4 %

28. Azərbaycan Milli Konservatoriyası – 42,9 %

29. Bakı Musiqi Akademiyası – 42%

30. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 40,3 %

31. Mingəçevir Dövlət Universiteti – 40,2 %

32. Bakı Slavyan Universiteti – 40,2 %

33. Bakı Qızlar Universiteti – 39 %

34. Naxçıvan Müəllimlər İnstitutu – 36,1 %

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox