Azedu.az

LDU-da elmi seminar keçirilib

Universitetlər

19 Yanvar 2026, 13:13
LDU-da elmi seminar keçirilib

Lənkəran Dövlət Universiteti Riyaziyyat və informatika kafedrasında BDU-nun və ARETN Riyaziyyat institutunun görkəmli alimləri-riyaziyyat üzrə elmlər doktoru, prof. Nihan Əliyev, texnika elmləri doktoru, prof. Mahir Rəsulov, dos. İsmixan Yusubov və BDU-nun nəzdində “Tətbiqi riyaziyyat” Elmi Tədqiqat İnstitunun əməkdaşı Əhmədəli
Əliyevin iştirakı ilə növbəti elmi seminar kecirilib.

AzEdu.az xəbər verir ki, lmi seminarı Riyaziyyat və informatika kafedrasının müdiri dos. Ruslan Həmidov açıb və seminarın mövzusunu açıqlayıb. Seminarda “Riyaziyyatın inkişaf mərhələləri” mövzusunda prof. Nihan Əliyev və “Kaprekar sabitləri və onların doğuranları haqqında” mövzusunda dos. İsmixan Yusubov məruzə edib.

Sonra məruzələr ətrafında diskussiya keçirilib və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox