Ən çox ixtisas tədris edən universitetlər müxtəlif sahələr üzrə geniş təhsil imkanları təqdim edərək tələbələrin maraq və bacarıqlarına uyğun seçim etməsinə şərait yaradır. Bu ali təhsil müəssisələri elm, texnologiya, humanitar və sosial sahələri əhatə edən zəngin ixtisas spektri ilə fərqlənir.
Maraqlıdır, ən çox ixtisas tədris edən universitetlər hansılardır?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Sorğumuza Azərbaycan Dövlət İqtisad Universitetindən cavab olaraq bildirilib ki, UNEC-də həm bakalavr, həm də magistratura səviyyələrində iqtisadiyyat, idarəetmə, biznes, informasiya texnologiyaları, mühəndislik, dizayn və sosial sahələri əhatə edən çoxsaylı ixtisaslar tədris olunur:
“Bakalavr səviyyəsində UNEC-də informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, sənaye mühəndisliyi, maşın mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, qida mühəndisliyi, ekologiya mühəndisliyi, maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq, menecment, statistika, beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər, sosial iş, ekologiya, eləcə də qrafik dizayn, sənaye dizaynı, mühit dizaynı və geyim dizaynı kimi ixtisaslar mövcuddur.
Magistratura səviyyəsində isə UNEC-də maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı, statistika, menecment, marketinq, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, sənayenin təşkili və idarə olunması kimi iqtisadi və idarəetmə yönümlü ixtisaslarla yanaşı, kompüter elmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kiber təhlükəsizlik, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, dizayn və ekologiya ixtisasları da tədris edilir.
Bu geniş ixtisas müxtəlifliyi UNEC-in həm klassik iqtisadi təhsil, həm də müasir texnoloji və multidissiplinar sahələr üzrə ixtisaslı kadr hazırlığında aparıcı mövqeyə malik olduğunu göstərir”.
Azərbaycan Universitetindən (AU) aldığımız məlumata görə, bakalavr və magistratura səviyyələri üzrə müxtəlif fakültələrdə ixtisaslar tədris olunur:
“Belə ki, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsində informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kompüter mühəndisliyi ixtisasları mövcuddur. Biznes və iqtisadiyyat fakültəsində beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat və turizm işinin təşkili ixtisasları üzrə kadr hazırlığı aparılır.
Humanitar və sosial elmlər fakültəsində isə xüsusi pedaqogika, təhsildə sosial-psixoloji xidmət, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, fəlsəfə, filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə), filologiya (ingilis dili və ədəbiyyatı üzrə), politologiya, regionşünaslıq (Avropa ölkələri üzrə), tərcümə (ingilis dili üzrə), muzey, arxiv işi və abidələrin qorunması, eləcə də sosial iş ixtisasları tədris olunur.
Tədrisi ingilis dilində həyata keçirilən ixtisaslarda tələbələrin dil hazırlığı üçün bir tədris ili nəzərdə tutulur və bu halda ümumi təhsil müddəti beş il təşkil edir.
Magistratura səviyyəsində Azərbaycan Universitetində bir sıra ixtisaslar və ixtisaslaşmalar üzrə təhsil almaq mümkündür. Filologiya ixtisası üzrə ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı üzrə), ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və dilşünaslıq (ingilis dili üzrə) ixtisaslaşmaları mövcuddur. Psixologiya ixtisası üzrə təhsil psixologiyası, tarix ixtisası üzrə Azərbaycanın qədim və orta əsrlər tarixi, eləcə də Azərbaycanın yeni və ən yeni tarixi istiqamətləri tədris olunur. Tərcümə ixtisası üzrə ingilis dili üzrə tərcümə, iqtisadiyyat ixtisası üzrə turizmin iqtisadiyyatı və iqtisadiyyatın hüquqi tənzimlənməsi, maliyyə ixtisası üzrə bank işi və vergi və vergiqoyma, menecment ixtisası üzrə insan resursları menecmenti və təhsil menecmenti üzrə magistr proqramları fəaliyyət göstərir.
Bundan əlavə, informasiya təhlükəsizliyi ixtisası üzrə kibertəhlükəsizlik, kompüter mühəndisliyi ixtisası üzrə kompüter sistemləri və şəbəkələri, sosial iş ixtisası üzrə isə həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və gənclərlə iş ixtisaslaşmaları mövcuddur. Universitetdə həmçinin MBA (Master of Business Administration) proqramı həyata keçirilir. Bu proqram çərçivəsində biznesin təşkili və idarə edilməsi ixtisasının maliyyə, mühasibat, marketinq və insan resurslarının idarə edilməsi istiqamətləri üzrə təhsil almaq mümkündür. MBA proqramının bütün istiqamətlərinə qəbul həm Azərbaycan, həm də ingilis bölmələri üzrə aparılır. Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında 2023-cü ildə imzalanmış müqaviləyə əsasən MBA proqramının marketinq istiqaməti üzrə ikili diplom proqramı da həyata keçirilir”.
Azərbaycan Texnologiya Universitetindən (ATU) bildirilib ki, bakalavr pilləsində mühəndislik-texnologiya, iqtisadiyyat və idarəetmə, dizayn və digər sahələr üzrə ixtisaslar tədris edilir:
“Tədris həm Azərbaycan, həm də rus dillərində aparılır və aşağıdakı ixtisaslar mövcuddur: informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, metallurgiya mühəndisliyi, mühəndis fizikası, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, nəqliyyat mühəndisliyi, şərabçılıq, elektrik və elektronika mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, mühasibat, turizm bələdçiliyi və digər əlaqədar proqramlar. Universitetə qəbul planına əlavə edilmiş yeni ixtisaslar arasında informasiya təhlükəsizliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, beynəlxalq ticarət və logistika, nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə), sənaye mühəndisliyi, maşın mühəndisliyi və menecment də yer alır. Bu ixtisaslar texniki, texnoloji, iqtisadi və idarəetmə sahələrini əhatə edərək tələbələrə geniş peşəkar imkanlar verir.
Magistratura proqramları bakalavr təhsilini daha da dərinləşdirərək mütəxəssis hazırlığını gücləndirir. ATU-də magistr pilləsində ixtisaslara müxtəlif sahələr üzrə ixtisaslaşmalar daxil edilib:
Dizayn ixtisası üzrə tekstıl dizaynı və sənaye dizaynı ixtisaslaşmaları; beynəlxalq ticarət və logistika sahəsində gömrük işi; biznesin idarə edilməsi proqramında beynəlxalq biznesin idarə edilməsi; biznesin təşkili və idarə edilməsi (MBA) proqramında müxtəlif sahələr – MBA, marketinq (MBA), risklərin idarə edilməsi, rəqəmsal marketinq, mühasibat (MBA) və turizm və hotelçiliyin idarə edilməsi; dövlət və bələdiyyə idarəetməsi istiqamətində regional idarəetmə, dövlət proqramlarının və layihələrinin idarə edilməsi və dövlət idarəetməsi; marketinq sahəsində strateji marketinq və xidmət sahələrinin marketinqi; menecment üzrə innovasiya menecmenti, istehsal və əməliyyat menecmenti, strateji menecment və korporativ menecment; proseslərin avtomatlaşdırılması mühəndisliyi və texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi; radiotexnika və telekommunikasiya mühəndisliyi üzrə rabite qovşaqları və kommutasiya sistemləri; şərabçılıq üzrə müxtəlif ixtisaslaşmalar – şərabçılıq və qıcqırtma istehsalının texnologiyası, alkoqollu içkilərin texnologiyası, alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası; və turizm və hotelçilik üzrə turizm və sosial-mədəni servis kimi və s. proqramlar var”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib ki, bakalavr səviyyəsində ADPU-da əsasən müəllim hazırlığı və sosial-pedaqoji istiqamətlər üzrə ixtisaslar mövcuddur.
"Buraya Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biologiya müəllimliyi, coğrafiya müəllimliyi, fizika müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, ibtidai sinif müəllimliyi, informatika müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi, korreksiyaedici təlim, məktəbəqədər təhsil, musiqi müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, təsviri incəsənət müəllimliyi, texnologiya müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), xarici dil müəllimliyi (fransız dili), sosial iş və filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasları daxildir. Bu ixtisasların əksəriyyəti Azərbaycan bölməsi ilə yanaşı rus və ingilis bölmələrində də tədris olunur.
Magistratura səviyyəsində isə ADPU-da müəllimlik ixtisasları üzrə əsasən tədrisin metodikası və metodologiyası istiqamətləri fəaliyyət göstərir. Magistr proqramlarına Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), fizika müəllimliyi, riyaziyyat müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, texnologiya müəllimliyi, musiqi müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, təsviri incəsənət müəllimliyi, ibtidai sinif müəllimliyi, korreksiyaedici təlim, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət ixtisasları daxildir. Bundan əlavə, pedaqogika ixtisası üzrə pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq, təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmaları, menecment ixtisası üzrə təhsilin təşkili və idarə olunması, sosial iş ixtisası üzrə isə həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və gənclərlə iş ixtisaslaşmaları mövcuddur”.
Milli Avasiya Akademiyasından (MAA) bildirilib ki, bakalavr səviyyəsində, Milli Aviasiya Akademiyası müxtəlif fakültələr çərçivəsində aviasiya, mühəndislik, iqtisadiyyat və hüquq sahələri üzrə ixtisaslar tədris edir.
"Hava nəqliyyatı fakültəsi çərçivəsində uçuş mühəndisliyi, hava nəqliyyatının hərəkətinin təşkili, aerokosmik mühəndislik və hidrometeorologiya ixtisasları üzrə bakalavr səviyyəsində təhsil verilir. Bununla yanaşı, akademiyada radio və telekommunikasiya mühəndisliyi və logistika və nəqliyyat texnologiyaları mühəndisliyi kimi texniki ixtisaslar da təklif olunur; həmçinin biznesin idarə edilməsi, iqtisadiyyat, menecment kimi iqtisadiyyat və idarəetmə sahələri üzrə bakalavr proqramları vardır. Hüquqşünaslıq ixtisası da bakalavr səviyyəsində təhsil proqramına daxildir. Bu ixtisasların bir hissəsi Azərbaycan və rus bölmələrində, bəziləri isə ingilis dilində də tədris olunur, bəzi hallarda təhsil müddəti ingilis dilində tədris olunan qruplar üçün 5 il olur.
Magistratura səviyyəsində Milli Aviasiya Akademiyası daha peşəkar və dərin ixtisaslaşma proqramları təklif edir. Magistr proqramları çərçivəsində hüquqşünaslıq sahəsində dövlət və bələdiyyə hüququ, ədalət mühakiməsi hüququ və hava hüququ və hava məkanının təhlükəsizliyi kimi istiqamətlər üzrə təhsil almaq mümkündür. İqtisadiyyat ixtisası üzrə beynəlxalq iqtisadiyyat və xidmət sahələrinin iqtisadiyyatı, maliyyə ixtisası üzrə maliyyə sahəsində dərindən hazırlıq proqramları mövcuddur. Bundan başqa, aerokosmik sahədə magistratura səviyyəsində uçuş mühəndisliyi, hava nəqliyyatının hərəkətinin təşkili, aerokosmik mühəndislik və hidrometeorologiya sahələrində də magistr proqramları tədris edilir. Hüquq, iqtisadiyyat və texniki sahələrdə magistratura proqramları Azərbaycan və rus bölmələrində aparılır”.
ADA Universitetindən qeyd edilib ki, Bakalavr səviyyəsində ADA Universitetində tələbələr müxtəlif fakültələr üzrə ixtisaslar üzrə təhsil alırlar.
"Bu proqramlara Beynəlxalq münasibətlər və siyasət sahəsində beynəlxalq tədqiqatlar, kommunikasiya və rəqəmsal media, ictimai işlər və beynəlxalq münasibətlər daxil olmaqla beynəlxalq tədqiqatlar proqramları daxildir. Biznes sahəsində bakalavr proqramları biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və digər biznes ixtisaslarını əhatə edir. İnformasiya texnologiyaları və mühəndislik sahəsində kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, riyaziyyat və elektrik‑elektronika mühəndisliyi kimi ixtisaslar təklif olunur. ADA Universiteti həmçinin hüquqşünaslıq (LL.B.), kənd təsərrüfatı texnologiyaları, qida texnologiyaları, heyvan elmləri, memarlıq, interyer dizaynı, şəhərsalma planlaşdırılması və kommunikasiya dizaynı kimi sahələr üzrə bakalavr proqramları da tədris edir.
Magistratura səviyyəsində ADA Universiteti daha dərin ixtisaslaşmalar üzrə proqramlar təqdim edir. Buraya ictimai idarəetmə (həm ingilis, həm Azərbaycan dillərində), diplomatiya və beynəlxalq münasibətlər, biznesin idarə edilməsi (MBA və ixtisaslaşmış proqramlar), kompüter elmləri və məlumat analizləri, elektrik və güc mühəndisliyi, kompüter mühəndisliyi və yüksək performanslı hesablama, təhsil idarəedilməsi və tədris və öyrənmə proqramları daxildir. Magistr səviyyəsində həmçinin Master of Laws (LL.M.) proqramı və kənd təsərrüfatı və qida sistemlərinin idarə edilməsi proqramları mövcuddur”.
Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, universitetdə bakalavr səviyyəsində bir çox ixtisaslar tədris olunur:
“Belə ki, Kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri mühəndisliyi, robototexnika və mekatronika mühəndisliyi, sənaye mühəndisliyi, maşın mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, elektromexanika və elektronik mühəndisliyi, enerji mühəndisliyi, proses avtomatlaşdırılması mühəndisliyi, radio və telekommunikasiya mühəndisliyi, nəqliyyat mühəndisliyi, nəqliyyat və logistika texnologiyaları mühəndisliyi, daşımalar üzrə xidmət (nəqliyyat növləri üzrə), avtomobil və nəqliyyat servis xidməti, memarlıq, dizayn, şəhərsalma (urban planning), tikinti mühəndisliyi, texnoloji proseslərin avtomatlaşdırılması mühəndisliyi, kimya mühəndisliyi, qida mühəndisliyi, biotexnologiya, fizika, kimya, riyaziyyat, logistika və nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəçiliyi (public administration), iqtisadiyyat, maliyyə, marketinq, mühasibat, beynəlxalq ticarət və logistika, dekorativ‑tətbiqi sənət, turizm işinin təşkili və şərabçılıq ixtisasları daxildir.İngilis bölməsi üçün qəbul bəzi hallarda birgə aparılır və təhsil müddəti 4-5 il təşkil edir.
Magistratura səviyyəsində isə BMU‑da müxtəlif mühəndislik, texnologiya və idarəetmə sahələri üzrə magistr proqramları mövcuddur. Magistratura ixtisaslarına ekoloji mühəndislik və təbii resursların səmərəli istifadəsi, enerji mühəndisliyi (elektrik enerjisi), mühəndislik və proses avtomatlaşdırılması, materiallar mühəndisliyi, nəqliyyat konstruksiyaları (yollar və aerodromlar), mühəndis sistemlərinin idarə olunması, kimya mühəndisliyi kimi sahələr daxil olmaqla geniş spektri əhatə edən texniki magistr proqramları daxildir. Magistr səviyyəsində həmçinin iqtisadiyyat və idarəetmə sahələri üzrə biznesin idarə edilməsi və layihələrin idarə edilməsi kimi proqramlar təklif olunur; MBA (Biznesin idarə edilməsi) proqramında isə loqistika və təchizat zəncirinin idarə edilməsi, mühəndislik layihələrinin idarə edilməsi, maliyyə mühəndisliyi, elektron idarəetmə və digər ixtisaslaşmalar yer alır. Bu proqramlar magistratura səviyyəsində tələbələrin dərin ixtisaslaşmasını təmin edir”.
Azərbaycan Texniki Universitetindən (AzTU) aldığımız məlumata əsasən, bakalavr səviyyəsində Azərbaycan Texniki Universitetində mühəndislik, texnologiya, idarəetmə və iqtisadiyyat sahələri üzrə ixtisaslar tədris olunur.
"Bunlara informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, metallurgiya mühəndisliyi, mühəndis fizikası, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, nəqliyyat mühəndisliyi və şərabçılıq ixtisasları daxildir. Bununla yanaşı, elektrik və elektronika mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, mühasibat, turizm bələdçiliyi kimi sosial-iqtisadi sahələr üzrə ixtisaslar da bakalavr proqramı çərçivəsində tədris olunur. AzTU‑da həmçinin yeni əlavə olunmuş informasiya təhlükəsizliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, beynəlxalq ticarət və logistika, nəqliyyat servisi, sənaye mühəndisliyi, maşın mühəndisliyi və menecment ixtisasları üzrə də kadr hazırlığı aparılır.
Magistratura səviyyəsində isə Azərbaycan Texniki Universiteti magistr proqramlarında müxtəlif mühəndislik və texniki sahələr üzrə ixtisaslaşmalar təqdim edir. Buraya proseslərin avtomatlaşdırılması mühəndisliyi və bu sahədə texniki sistemlərdə informatika və idarəetmə istiqaməti, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və telekommunikasiya sistemləri üzrə proqramlar daxildir. Universitetin magistr proqramları həm texniki ixtisasları, həm də iqtisadiyyat, logistika və menecment sahələrini əhatə edən əlavə ixtisaslaşmalar təklif edir; magistr proqramlarının tam dəqiq ixtisas siyahısı AzTU‑nun rəsmi qəbul planları və elmi‑tədris bölməsində açıqlanır”.